Moda həftəsinin ən səs-küylü geyimi - FOTO

8 Oktyabr 2021 05:25

Günlərdir davam edən Paris moda həftəsində podiuma çıxan modellərlə yanaşı digər məşhurlar da geyimləri ilə qalaya damğa vurmağı bacarıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlardan biri də amerikalı müğənni, aktrisa Zendaya (Zendaya Koulman) olub. O, "Loewe" kolleksiyasından olan paltara üstünlük verib. 

Geyimin üzərində heykəltəraşlar tərəfindən hazırlanan qızılı zireh lövhə diqqət çəkib. Zendaya stilini qızıl topuqlu və eyni rəngli sırğalarla tamamlayıb.

Milli.Az