Putin doğum gününü necə qeyd edir?

7 Oktyabr 2021 19:06

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür.

Milli.Az bizim.media-ya xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov dövlət başçısının doğum gününü necə qeyd etdiyindən danışıb. O, jurnalistlərə bildirib ki, bu münasibətlə hansısa rəsmi və ya qeyri-rəsmi mərasim təşkil edilməyib:

"V.Putin doğum günündə də işləyir. Onunun bu günü xüsusi qeyd etmək ənənəsi yoxdur. Sadəcə gələn təbrikləri qəbul edir".

Milli.Az