Bakıda 21 yaşlı qıza təcavüz

3 May 2010 18:01
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 21 yaşlı K.V naməlum şəxs tərəfindən zorakılığa məruz qalıb. Belə ki, rayon ərazisindəki gözəllik salonlarından birində işləyən K.V işdən gec çıxdığından, keçmiş nişanlısının dostu Rəşada zəng edərək onu evə ötürməsini xahiş edib. Rəşad isə qızın xahişini yerə salmayıb.

Qız Rəşadla evlərinə gedərkən məhlələrinin yaxınlığında qonşusu Yunis adlı şəxs Rəşadla mübahisə edib. Qız üstündə düşən mübahisə davaya çevrilib. Dava zamanı hətta qız da başından xəsarət alıb. Halsız vəziyyətdə olan qıza Nəsib adlı şəxs kömək etmək istəyib. O, bu məqsədilə qızı maşını ilə evə aparmağı təklif edib. Onun təklifi ilə razılaşan qız Nəsibin maşınına əyləşib. Yolda qıza tamahı düşən Nəsib onunla cinsi əlaqədə olmaq istəyib. Bu məqsədlə maşını qaranlıq yerə sürüb. Bu zaman qız ona müqavimət göstərərək maşından düşərək qaçıb. Sonra polisə zəng edərək hadisə barədə məlumat verib. Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən Nəsib tutulub.

K.V 1 saylı şəhər xəstəxanasına gətirilib. Xəstəxanadan Milli.Az xəbər portalına bildirilib ki, K.V bü gün saat 00:45 radələrində Əzizbəyov rayonu ərazisində, "Görüş" kafesinin qarşısından gətirilib. Ona açıq və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti normaldır.  

Anar Məmmədov
Milli.Az