Günelin "Banu"sunda dəyişiklik

7 Oktyabr 2021 17:30

"Banu" verilişinin aparıcısı Günel Həsənzadənin "Space TV"nin yeni anonslarında yer almaması diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Space TV"nin mətbuat xidmətinin rəhbəri Eldəniz Elgün axşam.az-a açıqlamasında Günelin anonslarda yer almamasının səbəbini açıqlayıb. O bildirib ki, "Banu" verilişinin formatında dəyişiklik ediləcək:

"Elçin Əlibəyli, Günel Həsənzadə yeni mövsümdə bizimlə çalışacaqlar. Sadəcə, proqramlarda dəyişiklik olacaq. "Banu" verilişində tamaşaçılar yeniliklər görəcək. Hazırda bununla bağlı işlər gedir".

Milli.Az