Daha dolğun yanaqlar üçün bunu edin

10 Oktyabr 2021 17:15

Ev şəraitində bəzi fiziki hərəkətlər etmək və masajla yanaqların, üz cizgilərinin daha dolğun görünməsini təmin edə bilərsiniz.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, az gözə çarpan üz cizgilərini daha dolğun etmək, sallanan dəridən qurtulmaq üçün cərrahi müdaxilə yerinə şar şişirmək üsulundan istifadə edə bilərsiniz.

Yanaq əzələlərini şar şişirərək idman etdirə və arzuladığınız dolğunluq ölçülərinə sala bilərsiniz. Şar olmadan da şişirirmiş kimi edib yanaqlarınızı hərəkət etdirə bilərsiniz. Nəfəs alıb verin və gündə 5-6 dəfə bu məşq təkrarlayın.

Üzü masaj edərək də dolğunluğa sahib olmaq mümkündür. Bu zaman aşağıdakı vasitələrdən istifadə edin: 

1. Şi yağı

İçindəki yağ turşuları dərinin elastik xüsusiyyətini qazanmasına və yanaqların daha dolğun olmasına fürsət yaradır. Əlinizə bir az şi yağı götürün və ən azı 10 dəqiqə dairəvi hərəkətlərlə üzünüzü yumşaq bir şəkildə masaj edin. Üzünüzü 15 dəqiqədən sonra yumaq şərtilə 1 həftə təkrarlayın.

2. Bal

Bir çay qaşığı balı rəndələnmiş papaya ilə qarışdırın. Hər səhər qarışımı yanaq bölgəsinə çəkib 10 və ya 15 dəqiqə gözləyin. 

3. Süd

Gündə 10 dəqiqə yanaqlarınıza edəcəyiniz süd masajı ilə dolğun və yumşaq yanaqlara sahib ola bilərsiniz. Südlə masaj etdikdən sonra ilıq su ilə yuyun və gündə 1-2 stəkan süd istehlak edin.

4. Karbohidratlı qidalar

Düyü, makaron və çörək kimi yüksək kalorili qidaları seçərək kilo almağı asanlaşdıra bilərsiniz. Üz məşqləri ilə birlikdə qazandığınız kalori təbii dolğunluğa çevirin. Lakin bu mərhələdə həddindən artıq çəki almağa diqqət edin.

Milli.Az