Bunları üzə vurmaq olmaz

10 Oktyabr 2021 16:30

Bu gün kosmetika bazarında bir çox dəriyə qulluq məhsulları həssas cildi ağırlaşdıran maddələr ehtiva edir. Qoxulu sabunlar da bu siyahının başındadır. Dərinizə uyğun qulluq vasitəsi axtarır və həssas cildiniz varsa, mütəxəssislə məsləhətləşmək daha doğru olar. Günəş şüaları, stress, qidalanma, hormonal dəyişikliklər dəridə sızanaqların yaranmasına səbəb olur. Düzgün müalicə və ya müdaxilə olmadıqda sızanaqlar daha sonra ləkələrə çevrilir. Sızanaq və ya qara nöqtələr üçün evdə hazırlanan maskalar dərinin korlanmasına səbəb ola bilər. Bəs üzə əsla tətbiq olunmamalı məhsullar nələrdir?

Milli.Az Axşam.az-a istinadən ev şəraitində üzə qulluq zamanı istifadə olunmamalı 5 vasitəni təqdim edir.  

Limon

Sızanaqlı dəriyə tətbiq olunan limonun yüksək pH dəyərinə görə dərinizin təbii tarazlığını pozur.

Mayonez

Yüksək yağ tərkibli mayonez üzünüzdə sızanaq yarada bilər.

Saç spreyi

Saçlarınızın gün ərzində tökülməməsi üçün istifadə etdiyiniz sprey, tərkibindəki qatqılar səbəbindən dəri ləkələrinə səbəb olur. Buna görə uzaqdan sıxılmalı, üzünüzə təmas etdirməməlisiniz.

Diş pastası

Məsamələri açmaq və qara nöqtələri çıxarmaq üçün istifadə edilən diş məcunu, tərkibindəki nanə və ətir sayəsində dəridə sızanaqlara səbəb olur.

Milli.Az