Xoşqədəm bu kanalda efirə çıxacaq

7 Oktyabr 2021 13:21

Bir müddət əvvəl Xəzər TV ilə yollarını ayıran əməkdar jurnalist Xoşqədəm Hidayətqızının yeni çalışacağı kanal məlum olub.

Milli.Az manset.az-a istinadla bildirir ki, məşhur teleaparıcının artıq ARB TV rəhbərliyi ilə görüşdüyü və razılığa gəlidikləri bildirilib. Hidayətqızının öz kollektivi ilə noyabrın əvvələrində efirə başlayacağı bildirilib.

Milli.Az