Vərdişlərinizi dəyişin

10 Oktyabr 2021 11:30

Texnologiya həyatımızı asanlaşdırdığı qədər mənfi təsirlərini də göstərir. Telefonda təqvimdən istifadə, özəl günləri xatırlatma xəbərdarlıqları, kalkulyator kimi vasitələrdən istifadə beyin fəaliyyətini passivləşdirir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, beyni passiv saxlayan vərdişlərdən uzaq olmağa və fəaliyyətini artırmağa çalışmaq lazımdır. Beynin az işlək vəziyyətdə olması onu daha tez qocaldır. Bu səbəbdən hər şeyi olduğu kimi etməyə çalışmayın. Dərman atacağınız vaxtı və ya yaxın rəfiqənizin doğum tarixini telefon vasitəsilə deyil, yaddaşınızda saxlayaraq xatırlamağa çalışın.

Sadə görünən hərəkətlər beyninizin yeni informasiyalarla məşğul edərək fəaliyyətini artıracaqdır. Məsələn, hansı əlinizlə yazı yazırsınızsa, qələmi digər əlinizlə tutmağa çalışın. İşə və ya evə həmişə istifadə etdiyiniz yolla getməyin. Getdiyiniz səkini, alış-veriş etdiyiniz mağazaları dəyişdirin. Gedəcəyiniz yerə başqa avtobusla gedin, ya da bir neçə dayanacaq əvvəl düşüb yol getməyə çalışın. Yeni yollar axtarmaq, fərqli nəqliyyatdan istifadə etdiyinizə görə yola fokslanmaq, döngələri, ağacları, evləri xatırlamağa çalışmaq beyin fəaliyyətini artıran ən sadə yollardır.

Fərqli kitablar oxuyun. Bu, beyninizi başqa bir şeylə qarşı-qarşıya qoymağın asan və əlverişli yoludur. Hansısa məqalə, xəbər, şeir oxumaq əlavə diqqət tələb edir. Yeni şeylər öyrənin. İstər dil, istər yemək, istərsə də diqqətinizi cəlb edən bir incəsənət növü və ya hobbi. Fərqli bir şey öyrənmək beyninizin aktivlik sahəsini artırır. Bütün bunlar həm də erkən alzheimer xəstəliyinin qarşısını alır.

Bundan başqa, alış-verişə gedərkən siyahı tərtib etməyin. Mağazada alacağınız ərzaqları xatırlamağa çalışın. 8-10 telefon nömrəsini əzbərləyib yaddaşınızda saxlayın.

Milli.Az