Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

7 Oktyabr 2021 12:33

Salyanda şöbə müdiri öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.

Qeyd edək ki, X. Piriyev 5 ildən artıq idi ki, təhsil şöbəsinə rəhbərlik edirdi.

R. Dadaşova isə bundan öncə Salyan Peşə liseyinin direktoru vəzifəsində çalışıb.

Milli.Az