Rafael Ağayevin ayağı sındı - FOTO

7 Oktyabr 2021 15:54

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən o 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.

Milli.Az