Ermənistanda son sutkada koronavirusdan 26 nəfər ölüb

7 Oktyabr 2021 13:36

Ermənistanda son sutkada daha 1 309 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 268 672 -yə yüksəlib.

Son sutkada 26 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı isə 5 466-a yüksəlib.

Virusdan 246 259 nəfər sağalıb. Hazırda 15 722 pasiyent müalicə olunur.

Milli.Az