Günün qoroskopu
4 May 2010 07:00
Göylərin mənzərəsi
4 may çərşənbə axşamı, 21-ci Ay günü, Günəş - Buğada, Ay - Oğlaqda, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - İşləriniz çətinliklə gedəcək. Əsəbi ovqat bütün hərəkətlərinizdə özünü göstərəcək. Səhhətinizə qarşı diqqətli olmalısınız.
Buğa - Gücünüzün çoxluğunu əməli işə yönəldin. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün şanslarınız boldur.
Əkizlər - Çətin keçən günlərdən biridir. Səhhətinizə qarşı diqqətinizi artırmalısınız. Ünsiyyətlərinizin zərifliyi sizə stimul verir.
Xərçəng - Uğurlarınız çox olacaq. Planlı surətdə hərəkət etsəniz, ciddi probleminiz qalmayacaq.
Şir - İşləriniz alınmır. Çəkdiyiniz zəhmətin bəhrəsini gözlədiyiniz qədər ala bilmirsiniz. Hələ dözməli, uğurlu vaxtı gözləməlisiniz.
Qız - İşləriniz alınacaq. Özünüzdə təpər, işlərinizdə sahman görəcəksiniz.
Tərəzi - Səhhətinizə qarşı diqqətinizi artırmalısınız. Çoxsaylı problemlərin əhatəsindəsiniz. Soyuqqanlılıqla onları bir-bir həll etməlisiniz.
Əqrəb - Gücünüz çoxdur. İşləriniz alınacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün bütün işləriniz uğurlu sonluqla bitəcək.
Oxatan - Çətin və problemli bir gündür. Əl atdığınız hər hansı bir işdə uğur sizdən qaçır. Ünsiyyətlərinizi çoxaldın ki, problemləriniz azalsın.
Oğlaq - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maddi vəziyyətinizi yaxşılaşdıra biləcəksiniz. Özünüzü güclü hiss edəcəksiniz.
Dolça - İşləriniz alınmır. Probmlemləriniz çoxdur. Heç birini yoluna qoya bilmirsiniz.
Balıqlar - Səhhətiniz yaxşılaşıb. Özünüzə qarşı amansızlıq etməyin. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınızı gerçəkləşdirin.
Milli.Az
Milli.Az