Bakının bu ərazilərində su kəsiləcək

7 Oktyabr 2021 10:39

Bu gün Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Milli.Az bildirir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az