Mussolininin nəvəsi seçkilərin populyar siması oldu - FOTO

7 Oktyabr 2021 10:12

İtalyan faşist diktator Benito Mussolininin nəvəsi Raşel Roma yerli idarəetmə orqanlarına seçkilərdə ən yüksək səsi toplayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir ki, 97% səslər sayıldıqdan sonra sağçı "İtaliya qardaşları" partiyasından olan xanım Mussolini populyar siyasətçiyə çevrilib.

Raşel 8200-dən çox səs toplayıb və ikinci dəfə millət vəkili olacaq. Raşel düşünür ki, onun soyadının bu işdə heç bir rolu yoxdur.

Milli.Az