Türkiyəli aktrisa Nebahat Çehre geyim markası üçün obyektiv qarşısına keçib.
Milli.az axşam.az-a istinadən xəbər verir ki, 77 yaşlı aktrisa markanın payız-qış kolleksiyasına çəkilib.
45 geyim təqdim edən sənətçi bunun üçün 48 saat poz verib və həmin vaxt ərzində ancaq qatıq yeyib.
Qeyd edək ki, N.Çehre çəkilişdən öncə pəhriz saxlayaraq 4 kiloqram arıqlayıb.
Milli.Az