Dağıstanda döyüşlərin yıxmadığı qalanı, yağışlı hava uçurdu - ANBAAN VİDEO

7 Oktyabr 2021 13:30

Dağıstanda qədim görməli yerlərdən olan "Şamil Darvazası"nın qala divarlarından bir hissəsi uçub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qala divarı Qunib aulunda hələ 19-cu əsrdə - Qafqaz müharibəsi bitdikdən sonra tikilib.

Bu divar çox döyüşlərin şahidi olub, bununla belə bu gün respublikada müşahidə edilən əlverişsiz hava şəraiti tab gətirə bilməyib.

Milli.Az