ABŞ-da məktəbdə baş vermiş atışma zamanı 4 nəfər yaralanıb

6 Oktyabr 2021 22:15

23:15

ABŞ-ın Arlinqton şəhərindəki məktəbdə silahlı insident törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli polis idarəsinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

"Şübhəli şəxs heç bir insident olmadan saxlanıldı, ona qarşı ağırlaşdırılıcı şəraitdə odlu silahla hücum ittihamı irəli sürülüb", - məlumatda belə deyilir.

Polis idarəsindən bildirilir ki, 4 nəfərin yaralandığı atışmanı 18 yaşlı məktəb şagirdi Timoti Corc Simpkins törədib.

---------

22:20

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 4 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Arlinqton polis idarəsi rəisinin köməkçisi Kevin Kolbye brifinqdə məlumat verib.

"Dörd yaralımız var", - Kolbye belə deyib və əlavə edib ki, onlardan ikisi odlu silah yarası alıb.

Bildirilir ki, atışmanı şagirdlərdən biri əlbəyaxa dava zamanı törədib.

Milli.Az