Malikanəsini 14,9 milyona satır - FOTO

6 Oktyabr 2021 20:30

Məşhur amerikalı müğənni Pink malikanəsini satmağa qərar verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Malibuda sahildə yerləşən evini aldığından 1,2 milyon dollar baha qiymətə satışa çıxarıb.

14,9 milyon dollara yeni sahibini gözləyən 400 kvadrat metrlik villada 5 yataq, 4 böyük və bir kiçik vanna, böyük qonaq otağı var. Evin əsas bölməsi küçədən görünmür.

Milli.Az