1 milyon manat mənimsəyən keçmiş nazir müavini saxlanıldı

6 Oktyabr 2021 18:48

Rusiyanın paytaxtı Moskva şəhərində maarif nazirinin keçmiş müavini saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, keçmiş nazir müavini Marina Rakova 50 milyon rubl (təxminən 1 milyon 170 min manat) dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl onun haqqında federal axtarış verilmişdi.

Milli.Az