Nəsrinlə Gökhanın toyu gələn il olacaq

6 Oktyabr 2021 16:26

Aktrisa Nəsrin Cavadzadə və aktyor Gökhan Alkanın toyu gələn ilin yayında baş tutacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük artıq toy hazırlıqlarına başlayıb. Mərasimin Alkanın Cavadzadəyə evlilik təklif etdiyi Datça kurort şəhərində keçiriləcəyi bildirilir.

Gələn ilin yayında baş tutacaq toyun dəqiq tarixi açıqlanmır.

Milli.Az