Kəmaləddin Heydərov dünya çempionunu mükafatlandırıb
3 May 2010 17:45
Milli.Az xəbər portalına federasiyadan verilən məlumata görə, mayın 3-də "Sərhədçi" idman kompleksində Azərbaycan boksçusu Salman Əlizadə (48 kq) final qarşılaşmasında irlandiyalı Rayan Bernetti məğlub edərək (9:4) gənclər arasında dünya çempionatının qalibi olub.
Mükafatlandırma mərasimində K.Heydərov da iştirak edib. "Bu gün qazanılan qızıl medal Azərbaycanda idmanın inkişaf etdiyinin göstəricisidir. Ümummilli lider Heydər Əliyev həmişə idmana diqqət göstərib və indi bu işi prezident İlham Əliyev davam etdirir", - deyə K.Heydərov bildirib: "Nəticə isə özünü çox gözlətmir. Bu yaxınlarda güləş üzrə Bakıda keçirilmiş Avropa çempionatında da Azərbaycan idmançıları yüksək nəticə göstərib".
Xatırladaq ki, Avropa birinciliyində Azərbaycan idmançıları 7-si qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 10 medal qazanıb.
Milli.Az