Azərbaycanda vaksinasiya yaşı endirildi - Ətraflı VİDEOda

6 Oktyabr 2021 14:14

Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə "Pfizer" peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib. Beləliklə, yaşı 18-dən kiçik olan 12-15 yaşlı uşaqlar da peyvənd olunacaqlar.

Valideynlərin isə uşaqların vaksinasiyası ilə bağlı fikirləri birmənalı deyil. 

Qeyd edək ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az