Gürcüstanda daha 2 410 nəfər COVID-19-a yoluxub

6 Oktyabr 2021 13:38

Gürcüstanda ötən sutkada koronavirusa 2 410 yeni yoluxma halı təsdiqlənib, 1 516 nəfər müalicə olunaraq sağalıb, 24 pasiyent vəfat edib.

Milli.Az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 623 830 nəfərdə aşkarlanıb. Onların 594 669-u sağlıb, 9 134-ü isə dünyasını dəyişib.

Milli.Az