Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi

6 Oktyabr 2021 10:09

Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.

Milli.Az bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Milli.Az