"Zirə" yoxlama oyunu keçirəcək

7 Oktyabr 2021 21:43

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Zirə" yoxlama matçı keçirəcək.

Rəşad Sadıqovun komandası "Səbail"lə qarşılaşacaq.

Oktyabrın 9-da "Dalğa Arena"da keçiriləcək matç  saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" Premyer Liqada bu mövsüm "Səbail"lə bir dəfə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Milli.Az