Senatorlardan Baydenə: 300 rus diplomat deport olunsun

6 Oktyabr 2021 11:18

Demokrat və Respublikaçılardan bəzi nüfuzlu senatorlar ABŞ Prezidenti Co Baydenə məktub ünvanlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, senatorlar məktubda Baydendən Rusiyanın ABŞ-ın Moskvadakı Baş Konsullğunun heyətini genişləndirməyi qəbul etməyəcəyi təqdirdə 300 rus diplomatın deportasiyasını istəyiblər.

Bildirilib ki, Rusiyadakı amerikalı diplomatların sayı qədər ABŞ-da da eyni sayda rus diplomatların fəaliyyətinə icazə verilməlidir.

Milli.Az