Dünya çempionatı: Turan Bayramov medalsız qalıb

5 Oktyabr 2021 22:16

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.

Qarşılaşmadan 3:4 hesabı ilə məğlub ayrılan Bayramov yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Milli.Az