Film dünyasında bu da baş verdi - FOTOlar

5 Oktyabr 2021 19:54

İlk dəfə kosmosda film çəkiləcək. Bununla bağlı "Вызов" (Çağırış) qrupuna uçuş icazəsi verilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ilk növbədə bu gün Anton Şkaplerov, aktrisa Yuliya Peresild və rejissor Klim Şipenko kosmosa uçacaq.

Heyyətin uçuşu "Союз МС-19" gəmisi ilə reallaşacaq.

Ehtiyat komanda üzvləri isə kosmonavt Oleq Artyomov, operator Aleksey Dudin və aktrisa Alyona Mordovinadır.

Uçuş gəmisinin oktyabrın 17-də Yerə qayıtması planlaşdırılır.

Milli.Az