Son 70 ildə Fransa kilsələrində 216 min uşaq cinsi istismara məruz qalıb

5 Oktyabr 2021 16:00

Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatında bildirilib.

1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.

2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.

Qeyd edək ki, Komissiya 2018-ci ilin sonunda Fransadakı Katolik yepiskoplar tərəfindən sui-istifadə və istismar hallarını araşdırmaq və cəmiyyətin kilsəyə inamını bərpa etmək üçün yaradılıb. Komissiya kilsəyə tabe deyil və müstəqil olaraq fəaliyyət göstərir.

Milli.Az