Müğənni açıq-saçıq FOTOları ilə gündəm oldu

5 Oktyabr 2021 17:58

Amerikalı müğənni The Pussycat Dolls-un solisti Nikole Şerzinger açıq-saçıq fotoları ilə pərəstişkarlarını sevindirib.

Milli.Az xəbər verir ki, görüntülər onun İnstaqram hesabında yayılıb.

43 yaşlı müğənninin fotoları 178 min bəyənmə alıb. "Möhtəşəm görünürsən və qamətin möhtəşəmdir", "20 yaşındaymış kimi hiss edilirsən", "Gənc gözəllik", - deyə pərəstişkarları bildiriblər.

Anar Əli
Milli.Az