Gəncəyə dəyən ziyan aradan qaldırılır - VİDEO

5 Oktyabr 2021 13:54

Erməni terroru 3900-ə yaxın mülki obyektə zərər vurub

Milli.Az Real TV-yə istinadən bildirir ki, Gəncədə ötən il oktyabrın 4-dən başıayaraq Ermənistan ərazisindən atılan raket zərbələri nəticəsində 3900-ə yaxın mülki obyektə ziyan dəyib. Azərbaycanın ikinci böyük şəhərinə ümumilikdə beş dəfə raket hücumu olub.

Ermənistan cəbhədəki hər məğlubiyyətindən sonra mülki əhalini hədəfə alıb, insanların sıx yaşadığı məhəllələrə qadağan olunmuş raketlərlə hücum edib, mülki əhali arasında ölən və yaralananlar olub, mülki infrastruktura ciddi ziyan dəyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi erməni terroru nəticəsində zərər görən evlərdə təmir və bərpa işlərini yekunlaşdırmaq üzrədir.

Gəncə Şəhər İcra Hakimiyyəti və aidiyyati qurumların nümayəndələri zərər çəkən ailələrlə vaxtaşırı görüşlər keçirir.

Milli.Az