Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

5 Oktyabr 2021 08:36

Azərbaycanda daha bir həkim koronavirus səbəbindən vəfat edib.

Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov dünyasını dəyişib.

Universitetdən verilən məlumata görə, o, uzun müddətdir koronavirusdan müalicə olunsa da, terminal koma durumuna düşərək vəfat edib.

Milli.Az