MMA döyüşçüsü nokautdan sonra ölüb

5 Oktyabr 2021 11:12

Amerikada qarışıq döyüş ustası (MMA) Castin Tornton nokautdan sonra 39 yaşında dünyasını dəyişib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "MMA Fighting" portalı məlumat yayıb.

ABŞ-da avqustun 21-də keçirilən turnirdə Tornton Dillon Kleklerlə qarşılaşıb. Görüşün 18-ci saniyəsində Tronton aldığı güclü zərbədən nokauta düşüb.

Tornton xəstəxanaya yerləşdirilib. Döyüşçü qismən iflic olub və onurğa zədəsi nəticəsində infeksiyaya yoluxub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az