Suriya: müxalifətçilərə divan tutulur
21 Fevral 2012 18:25
Suriya fəallarının məlumatında deyilir ki, hökumət qüvvələrinin Homs şəhərindəki üsyançılara qarşı hücumları zamanı azı 12 nəfər ölüb. Məlumatda Baba-Əmro məhəlləsində həyata keçirilən hücumlar zamanı ölənlər arasında bir uşağın da olduğu deyilir.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Suriya hökuməti xarici informasiya agentliklərinin bölgədə fəaliyyətinə məhduduyyətlər qoyduğu üçün ölənlərin sayı barədə dəqiq məlumat verilmir.
Bu gün həyata keçirilən əməliyyatlar Suriya ordusunun Homs şəhəri ətrafında mümkün hücumlara qarşı tanklar və digər hərbi sursat yerləşdirməsindən bir gün sonraya təsadüf edir.
Milli.Az