Yaponiyanın 100-cü baş naziri seçildi

5 Oktyabr 2021 09:42

Yaponiya parlamentinin aşağı palatası böyük səsçoxluğu ilə hakim Liberal-demokrat Partiyasının rəhbəri Fumio Kisidanı ölkənin baş naziri seçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, beləliklə, Fumio Kisida Yaponiyanın 100-cü baş naziri olub.

Qeyd edək ki, keçmiş baş nazir Yosihide Suqanın sentyabrın əvvəlində hakim partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürməyəcəyi açıqlanmışdı.

Milli.Az