Böyük Britaniyada Parlament və diplomatik nümayəndəliyin mühafizəsi ilə məşğul olan polis əməkdaşı təcavüzdə ittiham olunur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə London polisinin rəsmi saytında məlumat verilir.
"Parlament və diplomatik nümayəndəliklərin Mühafizə İdarəsininin əməkdaşı 46 yaşlı konstebl Devid Kerrik Hardofordşirdə təcavüzdə ittiham edilib", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, Kerrik saxlanılan gündən vəzifəsindən uzaqlaşdırılıb.
Polis Zabiti Hatfilddə mühakimə olunacaq.
Milli.Az