Türkiyədə 248 nəfər koronavirusdan öldü

4 Oktyabr 2021 22:55

Türkiyədə son sutkada COVID-19-dan 248 nəfər ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, son sutkada 352 214 nəfər test edilib, onların 28 810-nun nəticəsi pozitiv çıxıb.

Son 24 saatda COVID-19-dan 33 152 nəfər sağalıb.

Milli.Az