"Transfermarkt” Mahirin yeni qiymətini açıqladı – MƏBLƏĞ

4 Oktyabr 2021 16:32

"Legiya"lı futbolçuların transfer qiymətlərində yenilənmə edilib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "Transfermarkt" Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyərini 1 milyon avro olaraq göstərib.

Uğurlu mövsüm keçirən Emrelinin qiymətinin mövsümün sonunda bundan dəfələrlə yüksək olacağı vurğulanıb.

Qeyd edək ki, Varşava təmsilçisinin ən bahalı oyunçusu braziliyalı Lukinyasdır (3,5 milyon avro).

Milli.Az