Erməni müğənni həyasızcasına Aygün Kazımovanın mahnısını oğurladı - FOTO - VİDEO

21 Fevral 2012 17:39
2011-ci ildə satışa çıxarılmış "Erməni işıqları" adlı albomunda erməni müğənni Hayko Gevondyan, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun 1996-cı ildə xalq artisti Aygün Kazımova üçün yazdığı "Bir payız gecəsi" mahnısını mənimsəyərək, albomuna yaraşdırdığı adla ifa edib. Hayko həyasızcasına bildirib ki, bu mahnının müəllifi erməni bəstəkar Qusan Şeramdır.

Milli.Az əldə etdiyi bu məlumatı faktla oxucularına təqdim edir. Hər iki ifanı dinləyə bilərsiniz.
    
Şahin Cavadsoy
Milli.Az