Biləsuvarda piyadanı vuraraq öldürən və oradan qaçan sürücü tutulub

4 Oktyabr 2021 12:56

Biləsuvarda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

Milli.Az bildirir ki, oktyabrın 1-də axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunda müəyyən edilməmiş atomobillə Biləsuvar şəhər sakini Alim Hüseynov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "Mercedes" markalı mikroavtobusun sürücüsü, Biləsuvar şəhər sakini Samir Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az