Dilarə Əliyeva bu seriala gətirildi - Özü AÇIQLADI - VİDEO - FOTO

4 Oktyabr 2021 13:32

Əməkdar artist Dilarə Əliyeva növbəti mövsümdə görəcəyi işlərdən danışıb.

Milli.Az xəbər verir ki, lent.az-a saçıqlama verən aktrisa bildirib ki, bu aydan etibarən yeni işlərlə tamaşaçıların qarşısına çıxacaq: 

"Bu "ARB TV"də "Söhbət var" verilişinin zəfər mövsümünə çəkilmiş anonsdur. Həmin kanalda "Baldız" seriyalı 5-ci mövsümünə başlayır. Heç vaxt oynamadığım fərqli xarakterlə "Yuxu kimi" serialında rol alacam.

Tamaşaçılar məni serialın oktyabrın 8-də yayımlanan bölümdə görəcək. Rövşən İsaxın işləri mənim üçün hər zaman maraqlı olub. Onun gördüyü işlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bir aktrisa kimi onla çalışmaq mənə maraqlıdır. İnanıram ki, tamaşaçılar bəyənəcək". 

Qeyd edək ki, fotoları Elgün Zaman lentə alıb. 

Milli.Az