Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır

4 Oktyabr 2021 10:04

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Milli.Az bildirir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.6 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.5 faiz, Nizamidə 7.2 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

Milli.Az