Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb

4 Oktyabr 2021 09:47

Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.

Milli.Az "Report"a istinadən bildirir ki, ucu-bucağı görünməyən tıxacın uzunluğu kilometrlərlə olub.

Avtomobillər "Akkord" binalarından 20 Yanvaradək tıxacla hərəkət edib.

Milli.Az