Təyyarənin mühərrikinə quş girdi, yanğın başladı - ANBAAN VİDEO

4 Oktyabr 2021 18:42

ABŞ-ın Atlantik Siti şəhərindən havaya qalmağa hazırlaşan sərnişin təyyarəsinin pilotları uçuşu dayandırmaq məcburiyyətində qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, uçuş-enmə zolağında hərəkətə başlayan təyyarənin sağ qanadında olan mühərrikə quş daxil olub və nəticədə mühərrik alovlnamağa başlayıb.

Pilotlar dərhal uçuşu saxlayıb, təyyarədə olan 120 nəfər sərnişin təxliyə edilib.

Milli.Az