Məşhur qapıçı vəfat etdi

4 Oktyabr 2021 09:36

İtaliyanın "Reccina" klubunun sabiq qapıçısı Daniel Leone dünyasını dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2014-cü ildə beynində şiş diaqnozu qoyulan və futbolla vidalaşan qolkiper 1 ildən sonra yenidən futbola qayıdıb.

Lakin 2017-ci ildə xəstəliyi yenidən aktivləşən Daniel yenidən futboldan uzaq qalıb. Avqustda beynində əməliyyat edilən italiyalının həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az