"Mişanı Kiyevə verməyi tələb edirlər? Verməyəcəyik!" - Baş nazir

4 Oktyabr 2021 09:18

Mixail Saakaşvili törətdiyi cinayətlərə görə layiqli cəzasını alacaq və cəzasını Gürcüstanda çəkəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

"Saakaşvilini Ukraynaya qaytarmağı tələb edirlər? Cəzasını çəksin və sonra istənilən ölkəyə getsin. Tam məsuliyyətimlə deyirəm: Saakaşvili cəzasını bütünlüklə çəkəcək", - deyə baş nazir bildirib.

Milli.Az