Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan yığması turnirdə ilk medalını qazanıb.
Bu uğura sərbəst güləşçimiz Abubakr Abakarov imza atıb. 86 kq çəkidə çıxış edən milliləşən legioner bürünc medal uğrunda qarşılaşmada Slovakiya təmsilçisi Boris Makoyevə 9:5 hesabı ilə qalib gəlib.
Milli.Az