Salyanda avtomobil piyadanı vurub

3 Oktyabr 2021 20:16

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Kərimov Zamin Rafiq oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan Z.Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az