Emre Belözoğlu bu kluba baş məşqçi təyin olundu

3 Oktyabr 2021 19:19

Türkiyənin "Başakşəhər" klubunun baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Emre Belözoğlu çalışdıracaq. Sabah gənc mütəxəssisin təqdimat mərasimi keçiriləcək. O, bu vəzifədə ötən gün istefaya göndərilən Aykut Kocamanı əvəzləyib.

Qeyd edək ki, bu, Emrenin baş məşqçi kimi çalışacağı ikinci klubdur. Türkiyə millisinin sabiq üzvü bundan əvvəl "Fənərbaxça"nın baş məşqçisi olub.

Milli.Az