Milanda təyyarə qəzası - Pilot və sərnişinlər öldü

3 Oktyabr 2021 18:02

Kiçik həcmli təyyarə Milanın cənubunda "San-Donato" metrosu yaxınlığına düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza nəticəsində yaxınlıqdakı bina və bir neçə avtomobil yanıb.

Milanın "Linate" aeroportundan Sardiniyaya uçan təyyarənin pilotu və 5 sərnişin ölüb.

Milli.Az